Baba Pünhan. Acı həqiqət
Yoxdur çörək ki
Gərəksizlər gərək olmaz gərək ki,
Gərəkdir
ki, gərəksizlər görək ki.
Cəhənnəmdə qalanmaqda ocaqlar,
Və
cənnətdə maral gözlü mələk ki.
Ölərsən,
gərçi sağ qalsan, acından,
Acından
ölməmək üçün ölək ki.
Kökündən
bir zaman mütləq qopardar,
Kələknən
gəlmişi bir gün külək ki.
Dubinka
sistemin çatlar başında,
Bu
sistemdən bezib göydə fələk ki.
Biabr
olmamaqdan ötrü, Pünhan,
Gərək
ki, qarə torpağa girək ki.
23 iyun
1998. Bakı.

Yerdən göyə qovlanmışıq
Bir
şikarıq fənd ilə ovlanmışıq,
Bir
nigarıq söz ilə tovlanmışıq.
Siz
xəzərin altına atdız tilov,
Biz
Xəzərin üstə tilovlanmışıq.
Tək-tək
aparmaqla gözü doymadı,
Doymamağındandı calovlanmışıq.
Qovlanıb
Adəm baba göydən yerə.
Biz isə
yerdən göyə qovlanmışıq.
Girovu
yıxdıqca da iş bitmədi,
Çünki, o
Kirovla girovlanmışıq.
Erməni
top, güllə atırkən bizə,
Biz
oturub tində qoşovlanmışıq.
Kürsülərə ta ki, ayaq qoymuşuq,
Kürsü
qızışdıqca alovlanmışıq.
Pünhan,
enincə yerə Sahib Zaman,
İblisin
əmriylə girovlanmışıq.
12 may
1997. Bakı.
Səs-küylü təbilim var
İllərlə
zülm çəkmiş, minlərlə zəlilim var,
Olmuş
vətən uğrunda, şilim var, əlilim var.
Mənsəblərə yetməkçün məzlumu şəhid etdi,
İsbatə
yetirməkçün, yüz qatə dəlilim var.
Haqqın
özü haqqanə ayrıd olunar bir gün,
Şükr
olsun o Rəhmanə – göylərdə ədilim var.
Mahım,
Günəşim batmış, günlər aya gün satmış,
Qəflət
yuxusun yatmış qəflətdə qəfilim var.
Atım,
yəhərim getdi, bağım bəhərim getdi,
Ta ki,
şəhərim getdi, kəndlərdə səfilim var.
Paytaxta taxıb payın, paytaxtdan umar payın,
Ey
şəhr çıxıb zayın, yanında xəcilim var.
Xeyr
ilə şəri qatdıq, Məhşər gününə çatdıq,
Pünhan deyiləm artıq, səs-küylü təbilim var.
15
avqust 1998. Bakı.
Siçan öküzdən ayrılıb
Zaman-zaman ötüb zaman zəmanə bizdən ayrılıb,
Zəmanələrdə az olub ki, əyri düzdən ayrılıb.
Üzün
görübdü üzləri, ətin görübdü bizləri,
Ətində qalmış izləri, ətin ki, bizdən ayrılıb.
Olaydı üzdə bircə üz, üzün adı olardı düz,
Bir
üzdə oldu ki, o yüz, hərif də sözdən ayrılıb.
Düz
həll edər xeyir-şəri, düzün də düz bərabəri,
Bu
rəsmdir üfüq ilə gecə gündüzdən ayrılıb.
Çıxıb
ova düşüb izə, tutub izi gəlib bizə,
İçindəki vurub üzü və astar üzdən ayrılıb.
Düzün
özüylə getkinən, sözün düzüylə getkinən,
Düzün
iziylə getginən əgər düz izdən ayrılıb.
Keçən
ilim siçan olub, varım-yoxum qaçan olub,
Öküz
yolum açan olub, siçan öküzdən ayrılıb.
Sözün
cəfəngi səndədir, düzün tüfəngi məndədir,
Tüfəng cəfəngə tuş olub, barıt gilizdən ayrılıb.
Yazıb
Baba həqiqəti, qopub sözün qiyaməti,
Ömür
boyu susan balıq, dinib dənizdən ayrılıb.
31
dekabr 1997, Bakı.
«Jirni baran»ın biridir
Ona
bel bağlama çox, ağda qaranın biridir,
Üzü
boz, mayəsi turş, abı-qoranın biridir.
İnanıb hap-gopuna, getmə dalınca hərifin,
Bizi
odlara salıb, gendə duranın biridir.
Çağırandır, çığırandır, bağırandır bu kişi,
Bədəbəddə ABŞ-a amma cıranın biridir.
Adı da
burdadır indi, Qarabağın dadı da,
Niyə
lazım Qarabağ, Bakü oranın biridir.
Bu şoran
torpağı sordum, nə qucubsan belə bərk,
Dedi,
fərman belədir, nola şoranın biridir.
Neçə
yol canını qurban dedi şahənşahına,
Elə
zənn etdi urus «jirni baran»ın biridir.
Dedim, ay qız, bu vətən oğlunu tut, türkü burax,
Dedi,
yox tutmalısı, lüt-avaranın biridir.
Babanın halını səndən soruşan olsa, de ki,
Qayıdınca Qarabağ qəlbi yaranın biridir.
12
avqust 1999. Bakı.
Fərhad və Şirinin hamam əhvalatı
Bu,
susuzluq dərdinə həm doğma, həm yad ağladı,
Yay,
payız, həm qış, bahar xəlq etdi fəryad, ağladı.
Girdi
Fərhadnan Şirin həmmamə, çirkin tökməyə,
Fərhadın qartmağına, Şirin çəkib dad, ağladı.
Dəsgahın şirin yerində su kəsildi, söndü qaz,
Gördü
Şirin, eyləmir bir kimsə imdad ağladı.
Söylədi «bak» qoymasaq, işlər olar əngəl tamam,
Gördü
bir bak qoymağa çatmır üç «oklad», ağladı.
Vanna
xalis qupquru, əndam sulu, sabun «Duru»,
Həlli
yox bir düstura, hər iksi «podryad» ağladı.
Qalxdı Fərhad bir sütuna, soxdu baş fortuçkaya,
Eylədi əhvalatı hər yanə «doklad», ağladı.
Çıxdı
sabundan gözü, qışqırdı Şirin «vay gözüm!»
Bu
gözü çıxmış Şirini tutdu həmzad, ağladı.
Qətrə-qətrə su yığıb, tökdükcə Şirin başına,
Vedrə-vedrə göz yaşıynan çimdi Fərhad, ağladı.
Abşeron torpağının mən duzlu bir Pünhanıyam,
Çox
düşüb yəqin duzum, ər küsdü, arvad ağladı.
6
fevral 1999. Bakı.

Məşhədi İbad eşidər
Dağılan yurdumu bir gün yağı abad eşidər,
Eşidər xəlqim olub qüssədən azad eşidər.
Bizi
ta qəbrə qoyunca dözərik, səbr edərik,
Kişiyik, cınqırımız çıxsa onu yad eşidər.
Başına daşı salıb, başı bədəndən ayırıb,
Bu da
bir möcüzədir ki, demə cəllad eşidər.
Bəni-Adəm deyilik, adəməbənzər bəşərik,
Bizə
Adəm eləyər bizlərə irad eşidər.
Demə
xainliyün haqqında içib hər yetənə,
Gələcək nəslə çatar, gör onu övlad eşidər.
Söyə
bilmir heç ürəkdən bu kişi ermənini,
Çəkinir, saxladığı erməni arvad eşidər.
Bu
toyun axırına məncə şuluqluq düşəcək,
Demə
meymunudu kim Məşhədi İbad eşidər.
Sözü
mənaya büküb at özü, Pünhan, açılar,
Açılanda kimi naşad, kimi şad eşidər.
4
iyun 1997. Bakı.
Şor
Tənim
başdan-başa şordur, evimdə var olandan şor.
Fələk
görmür daha kordur, şirin rüzgar olandan şor.
Şorun
tərkibi-kimyasın soruşma, Milli Məclisdən,
Vəkillər şor yemir əsla, vəkilçün ar olandar şor.
Yatanda gah ağızdan şor şoruldar, gah köpük eylər,
Uşaqlar şar-şar oynarlar, ləbimdə şar olandan şor.
Cəlalım şor, camalım şor, haramım yox, halalım şor,
Yerim
də Abi-şorandır, axar sular olandan şor.
Bazarda şora baxmaqdan özüm də olmuşam «şorgöz»
Məni
qoymur baxım «Türkan Şoray»a yar olandan şor.
Üzüm
ağdır, izim ağdır, gözüm ağdır, sözüm ağdır,
Evim
xalis ağappaqdır, bütün divar olandan şor.
O gün
axır beş övladım, içindən iksi qıcqırdı,
Dedi
doxtur alıbsan, vedrəsi murdar olandan şor.
Yaxın
bir dosta rast gəldim, onu əhvalım inlətdi,
Məni
rəngsazə bənzətdi, bütün şalvar olandan şor.
Şerdə
duzluluq, Pünhan, yəqin ki, səndə şordandır,
Fəqət
çox ləzzəti olmaz bütün əşar olandan şor.
30
iyul 1996. Bakı.
«Hoş»a düzdürmüşəm
Başqanı başdan-başa düzdürmüşəm,
Sanki
qaranı aşa düzdürmüşəm.
Zərli
yalanla, palanı bükmüşəm,
Sonra
palanı «hoş»a büzdürmüşəm.
Kim
ki, mənimçün diləyib baş-daşı,
Onları bir-bir daşa düzdürmüşəm.
Düzləri çox dizlərə çökdürmüşəm,
«Səcdə»ni sanma xoşa düzdürmüşəm.
Mənlə
rəqabət aparan bəy hanı,
Bəy
sözün öndən quşa düzdürmüşəm.
Kəbleyiyəm, Məşhədiyəm, Hacıyam,
Amma
arağı xaşa düzdürmüşəm.
Kəbədə Həccər daşını öpmüşəm,
Kubədə, daşlar, başa düzdürmüşəm.
Yerli
yerində boranı əkmişəm,
Yayda
boranı, qışa düzdürmüşəm.
«Malboro», «Kemel» mənə reklam olub,
Şərq
şəhərində «SŞA»a düzdürmüşəm.
Qaşları bir-bir tökülür, tacımın,
Yəqin
o başdan boşa düzdürmüşəm.
Əlli
tüküm qaldı başımda mənim
Tükləri uyğun yaşa düzdürmüşəm.
Sözləri gözdür bu Baba Pünhanın,
Odlu
diliyçün, maşa düzdürmüşəm.
1
sentyabr 1999. Bakı.
Qeyd edir çiynimdəki
Mən
həvadan yazmıram, haqqdan gəlir beynimdəki,
Ağ
varaqlar üstə sonra həkk olur zeynimdəki.
«La
fəta illa Əli, la seyfə illa Zülfüqar»,
Bu
Əlinin sirridir ki, sirri – Ya Sinimdəki.
Sorma
gəl məndən, sənin həqq olduğun hardan bilim,
Yaxşı
bax, haqqın üzüynən eynidir eynimdəki.
Haqq
sözümdən qeyri, ey dost, heç nəyim yoxdur mənim,
Həm
də canım özgənindir həm də ki, əynimdəki.
Bağda
bir ev tikmişəm qəlbim paxıllıqdan yanır,
Çün
mənimkindən bir az hündür çıxıb qeynimdəki.
Min
oyunlardan çıxardım mən bu başsız ölkədə,
Hər
şeyi qeyd etməsəydi valla bu çiynimdəki.
Bilginən, Pünhan, təkəbbürdən olar daim uzaq,
Həqqdən boynunda qəm zənciri var hər kimdə ki.
8
noyabr 1997. Bakı.

Qoyun çobanı gəzdirir
Külək
əsir yavaş-yavaş, təmiz havanı gəzdirir,
Sözün
sədası şairi, eli-obanı gəzdirir.
Kimi
mənəm-mənəm deyir, «Cip»in sürüb «krek» geyir,
Kimi
bal halvasın yeyir, kimi tavanı gəzdirir.
Şəhidləri olan elin, həyatı qəmli olmalı!!!
Ayıblar olsun ol kəsə, zəri-zibanı gəzdirir.
Vətən
geri qayıtmamış, dodağa çəkmə qırmızı,
Hələ
bu qəlbdə çoxu Vətən çibanı gəzdirir.
O
dağların, o düzlərin əsir düşən gəlinləri,
Bilirmi burda ərləri o «dikdaban»ı gəzdirir?
Əkən
də alver eyləyir, biçən də alver eyləyir,
Rayonda kimsə görmədim, beli, yabanı gəzdirir.
Baha
olunca ət, daha qoyun çobanı saymayır,
Şəhərdə ətdənən qoyun, sürüb çobanı gəzdirir.
Əlində dəftər eyləyib, yazıb Baba elin qəmin,
Dilində əzbər eyləyib, elim Babanı gəzdirir.
18
dekabr 1996. Bakı.
Əcdadı bilinmir
Bir
tazə qurum qurduq, onun adı bilinmir,
Gün
qarə olan yerdə, balın dadı bilinmir.
Əql
ilə dolu başları kimlər kəsib atdı?
Başlar qarışıb torpağa, cəlladı bilinmir.
Yan
aldı, bizim «Yan»ə adın yazsın o «bez» yan,
«Yan» da
elə qondardı ki, heç zadı bilinmir.
Azğınlara meydan açılıb məmləkətimdə,
Qaçqınlara bu dövlətin imdadı bilinmir.
Daim bu
şəhərdə gilavar, xəzri əsərdi,
Son
illər onun hardan əsir dadı bilinmir.
Söz
açmaginən hər kəsə, xainliyimizdən,
Var
çoxları ki, heç onun əcdadı bilinmir.
Bu yurdu
sütunsuz görüb hey çapmadadırlar,
«Şirin
xanımın» hansıdı Fərhadı bilinmir.
Şəhrimdə
yer üstündə hər abad gözəldir,
Əfsus
ki, yer altındakı bərbadı bilinmir.
Hər kim
soruşa Pünhanın ustadını sizdən,
O şəxsə
deyin, Pünhanın ustadı bilinmir.
23
noyabr 1997. Bakı.
Pünhan həmən Pünhandı da
Heç
məəttəl qalma gəl, dövran həmən dövrandı da,
Adəmi
yoldan edən şeytan həmən şeytandı da.
Vurdu
Qabil daş ilə, qan-qaysan etdi qardaşın,
Bizdə də
mitinq zamanı daşdı da, qan-qandı da.
Çox
dedim bostanda gəzmə, get kənarda tut qərar,
Səndə
bostan, məndə daş, daşın yeri bostandı da.
Ta
qədimlərdən oyunbazlıq bəşərdə dəb olub,
Bizdə
lap təkminləşib, məşqin yeri meydandı da.
Müstəqillikdən mənə dərd gəldi, heç pul gəlmədi,
Çünki
pul əl çirkidir, çirkab sevən nadandı da.
Bizlərə
dərd gəlsə bir «yan»dan yox hər «yan»dan gələr,
Çünki
hər yan, «yan»dı da, pasportda o «bez» yandı da.
Çox da
ki, hərdən «Qarabağ» qışqırıb hərb istəyir,
Bir
təhər keç təqsirindən, neynəsin, çurbandı da.
Az.TB-də
həm qaçır kadrlar, həm tez-tez əsir,
Amma
«Qulp» düz göstərir, ekran həmən ekrandı da.
Bir
yaxın dostum deyirlər namizəddir, seçkidə,
Tikdirib
bir tazə kostyum, hər yeri «karman»dı da.
Söz
gəzir hər yanda Elnur yaxşı yerdən evlənib,
Qız özü
Alim qızı, Alim də bir fantandı da!
Gün o
gün olsun hacı Mövladinin görsün toyun,
O
Əzizçün ən əziz, bir cumbulu oğlandı da.
Dövlətimdən Allahın, bir haqq sözümdür, bir canım,
Haqq
olub, Haqqdan gələn bir gün ona qurbandı da.
Sən ki,
bir vaxt it günündə görmüş idin Pünhanı,
Gün
həmən gündür hacı Pünhan həmən Pünhandı da.
9
sentyabr, 1999. Bakı.
Lülə fırlatdılar
Milləti
mildən milə fırlatdılar,
Zilləti
bəmdən zilə fırlatdılar.
Mümkünü
namümkünə döndərdilər,
Xoş günü
aydan ilə fırlatdılar.
Filləri
dəryalara qərq etdilər,
Milçəyi
amma, filə fırlatdılar.
Barmağa
dünyanı dolandırdılar,
Sonra
kəmərnən belə fırlatdılar.
Yerdə
duaya, namaza güldülər,
Göydə
Xudaya tələ fırlatdılar.
Güllü
gülüstan idi, şəhrim mənim,
Mal
sürüsüynən çölə fırlatdılar.
Yadə
salıb guya əsir qızları,
Alma
yanaqda gilə fırlatdılar.
Göl ola
bilməz dedilər damladan,
Damlanı
gücnən selə fırlatdılar.
Hər yerə
çardaqlı bina saldılar,
Bağları
qumdan gilə fırlatdılar.
Göz
yaşımız Kür, Araza misl idi,
Guya az
imiş Nilə fırlatdılar.
Qarmağı
ta şəhrə ilişdirdilər,
Axırı
bizdən gölə fırlatdılar.
İstədi
Xankəndinə bayraq taxa,
Doğma
əliynən şilə fırlatdılar.
Davanı
qorxaqlara uddurdular,
Halvanı
yaltaq dilə fırlatdılar.
Susdumu
vicdanı müəllimlərin?
Şirvanı
ta ki, «mel»ə fırlatdılar.
Yetmiş
il əvvəldəki kəndirbazın,
Kəndirin
ağlar elə fırlatdılar.
Tapmadılar iş, bizə «şiş» verdilər,
Şişlərə
bizdən lülə fırlatdılar.
Qövmi-Qüreyşdən baş açanlar hanı?
İsmi-qədeşdən lələ fırlatdılar.
Qəddini
xəm görsən əgər Pünhanın,
Bil, ona
şərdən şələ fırlatdılar.
15
avqust 1997. Bakı.
Ağızlar sulanıb
Yenə yaz
fəsli gəlib, göylər üzü durnalanıb,
Ölməyib
şükr ola millət baharaycan dolanıb.
Kiminin
artığı itdən də qalıb artıq olub,
Kiminin
qab-qacağı zövq ilə dibdən yalanıb.
Belə bir
qalmaqalın axırı qalmaqçün imiş,
Demişəm
qalma, qalıb manqalı qaldan qalanıb,
Cücərib
yerdə qutablıq, kasıba şövq gəlib,
Otu
gördükdə ağızlar tamahından sulanıb.
Uduzub
bağban o gün ki, bağa yadlar daraşıb
Mədəni
meyvələrin cinsinə cırlar calanıb
Qarabağın maralı çöldə, çadırlarda ikən,
O maral
gözlü bulaqlar kədərindən bulanıb.
Elə
bildim tökülən qanları qızlar unudub,
Demə ki,
qanı çəkiblər üzə, üz almalanıb.
İçəri
şəhr düşəndən bəri yadlar əlinə,
Teymurun
könlü də. Pünhan, bax o gündən talanıb.
20 mart
1997. Bakı.
Olmalıydı, olmadı
Gün-güzəranım sənə ar olmalıydı, olmadı,
Səndəkindən məndə də var olmalıydı, olmadı.
Bilmədim
insan həyatıyçün, məkan bir şərt imiş,
Sən kimi
qarnım mənim «şar» olmalıydı, olmadı.
Keçməliydi bizdə yaltaqlıqlar üzrə bir yarış,
Az.TB
dünyada «Oskar» olmalıydı, olmadı.
Ey
səxavətlə prezidentə ürək verrəm deyən,
Sürtülən
üzlərdə astar olmalıydı, olmadı.
Əyri
yollarnan ömür sürdün ki, artsın müddəti,
Səncə
ömrün xeyli miqdar olmalıydı, olmadı.
Allah
eşqiynən bu yurdda yanmalıydı hər adam.
Bu
səbəbdən yurdum «odlar» olmalıydı, olmadı.
Bildilər, bildirdilər, imkan tapıb öldürdülər,
Millətə
çox şeylər aşkar olmalıydı, olmadı.
Ey özü
bizlərdən ikən xofva qul Az.Radio,
Şad
xəbərlərdən qulaq kar olmalıydı, olmadı.
İblisi
məğlub edib ağ günlərə çıxmaq üçün,
Zənnim
ilə hamı dindar olmalıydı, olmadı.
Olduğundan, Pünhanın üstündə Allahın əli,
Yazdığı
çox yerdə inkar olmalıydı, olmadı.
9 may
1999. Bakı.
Gecələr ağladı
Dərdinə
hər yan, gecələr ağladı.
Tapmadı
dərman, gecələr ağladı.
Ruzi
kəsildi, özü pir, can zəif,
Baxmadı
canan, gecələr ağladı.
Ac
balasın basdı yanan bağrına,
Tutdu
gözün qan, gecələr ağladı.
Qış günü
buzdandı, soyuqdan canı,
Olmadı
yorğan, gecələr ağladı.
Kimsə o
biçarəyə borc vermədi,
Öldü
acından, gecələr ağladı.
Əl açıb
Allahdan ölüm istədi,
Dinmədi
Sübhan, gecələr ağladı.
Oğlunu
tapşırdı qara torpağa,
Vermədi
ehsan, gecələr ağladı.
Axırı əl
açdı keçidlərdə o,
Ağladı
vicdan, gecələr ağladı.
Qaldı «o
kimsə», elə pünhan kimi,
Öldü o,
Pünhan gecələr ağladı.
24
sentyabr 1997. Bakı.

Haqq sözün yaz üstünə
Yaz
gələndə bağlara bülbül qonar yaz üstünə,
Çox
gələr çox üstünə, çox az gələr az üstünə.
Pul olub
insanlığın miqyası ya Rəbb, dövrə bax,
Pul
olanda ən kobud arvad gələr naz üstünə.
Kim
vurub paz millətə, millət düşübdür zillətə,
Pazlanar
bir gün özü, kim paz vurub paz üstünə.
Ey fələk
ya ruzi ver məzlumə, ya öldür onu,
Rəhm
elə, borc almağa göndərmə qanmaz üstünə.
Erməni
saz tankların sürdükcə bu torpağa, biz,
Bir
qoşun aşıqla cumduq ekrana saz üstünə.
İndi
çoxdur Məşhədi İbad kimi sərsəm qoca,
Bir ətək
pulnan gedir şəst ilə Gülnaz üstünə.
Dövr ilə
çarpışmada var-yox tüküm əldən gedib,
İndi
başdan yüngüləm əqlim çıxıb daz üstünə.
Kəs,
qapaz icra edən məmurların sərt əllərin,
Kəsdiyin
əllərlə vur, qappazı qappaz üstünə.
Hay
daley, zabul daley, segah daley, vui evere dey,
Şurumuz yollandı petroldan qabaq caz üstünə.
Müstəqillik başladı üzdən bizə heç çatmadı,
Mazlı
qızlar azad-azad maz çəkər maz üstünə.
Pünhan ölsə, altını basdırginən üstünsə yox,
Üstünü başdaşı eylə, haqq sözün yaz üstünə.
5
iyun 1998. Bakı.
Vətən yazıq
Solubdur «Xarı bülbül»lər, olubdur bu çəmən yazıq,
Uçubdur sarı bülbüllər, qalıb sərvi-səmən yazıq.
«Olum
yaxud ölüm»dən özgə söz bilmir bu ac millət,
Qalır
– dözmür bədən yazıq, ölür – tapmır kəfən yazıq.
Zamanlar içrə hər Allahsızın şahlıq zamanında,
Bu
dünyaya gələn yazıq, bu dünyadan gedən yazıq.
Gedən
getdi, itən itdi, ötən ötdü, bitən bitdi,
Yenə
meydanda qaldı baş kəsən cəlladla mən yazıq.
Xudanın yazdığın pozmaq dilər, can güddürən zalim,
Günah
yüklü vücudu güddürən yazıq, güdən yazıq.
Məni
– biçarəyə ey dost, dedin ye «Xan kababı»ndan,
Axı,
həzm eyləmir bəy – xan kababın bu gödən yazıq.
İlahi, sordular bir gün yazıqlar yazığın məndən,
Dedim, sənsiz olanlardan yazıqlar içrə ən yazıq.
Mənim
yazıqlığım getdi, sənin yazıqlığın gəldi,
Mən
əvvəldə yazıq oldum fəqət axırda sən yazıq.
Vətən
can verdi Pünhan, dəfninə Sahib-Zaman gəlsin,
Azan
çəksin bu torpaqda, oyansın bu Vətən yazıq.
2
avqust 1999. Bakı.
Qoyub çələngi göstərir
Zaman
saatdır əqrəbi məqami-çəngi göstərir,
Cihada hazır ol sənə həyat fişəngi göstərir.
Gəlib
şəhid məzarına onu şəhid edən özü,
Salıb
xəyanətin yada, qoyub çələngi göstərir.
Görüb
bu haqq şerimi ağız əyib, dodaq büzür,
Qəzetdə altı səhvəlik mənə cəfəngi göstərir.
Bizim
bu milli məclisin işi qalıbdır Allaha,
Özü
ləvəngi nuş edir, bizə həvəngi göstərir.
Üzün
gözəl, için qara sənin kifirliyindi bu,
Könül
açıqlığı kifir üzü qəşəngi göstərir.
Yalan
deyən kəsin əgər yanında yoxsa şahidi,
Yalançının yalanını üzündə rəngi göstərir.
Atası
guya ki, hacı, anası guya kəbleyi,
Qoyub
bayırda əndamın özün firəngi göstərir.
Kasıb
adam nəhəng ola cılız misallı görsənər,
Cibində pul olan kəsi, bu pul nəhəngi göstərir.
Dedim
ki, bağda Pünhanın evin nişan verin mənə,
O da,
itin günündə bir külahfirəngi göstərir.
17
avqust 1997. Bakı.

Sahil qara gündə
Ay
örtdü günü, qaldı günüm bil, qara gündə
Gün
qarə olan ildə olar il qara gündə.
Ekranımızın qülləsi şeytan zolağında,
Mədhiyyə yayan halqalı məftil qara gündə.
Məmur
özü «Cip»də, gözü cibdə dolananda,
Əlbətdə olar xəstə, əlil, şil qara gündə.
Onlarla sənətkar sənətin atdı acından,
Tərk
etmə qaboy çalmağı, Kamil, qara gündə.
Bir
dövr var idi dili həm dilçəyi vardı,
Dil
çəkdiyi gündən qısalıb dil, qara gündə.
Allah
mənə rəhm eylədi qəflətdən ayıldım,
Məndən sora qaldı neçə qafil qara gündə.
Mail
qara günlərdə elin həmdəmi idi,
Öldü,
bizi qoydu Hacı Mail qara gündə.
Dəryada külək qopmasa, ta coşmasa dərya,
Pünhan, qalacaq daima sahil qara gündə.
10
sentyabr 1999.
Halalım gedib
Ta
ki, o gündən mənim, mah cəmalım gedib,
Sanki
əlimdən tamam, cah cəlalım gedib.
Yar
nədən küsdü ki, küsmək axı pisdi ki,
Eşq
şirin hissdi ki, şəkkərü balım gedib.
Əcl
qonağım gəlib, ölməli çağım gəlib,
Ömrə
zavalım gəlib, ta ki, vüsalım gedib.
Arı
ucuz satdılar, nəfsi uca tutdular,
Xeyri-şərə qatdılar, pak halalım gedib.
Bir
daha gəlməz o yar, getdi gözəl ruzigar,
Gəlsə
qiyamət olar, gəlməsə halım gedib
Şordu
bu xakım mənim, baldı bu Baküm mənim,
Şəhrimə hakim mənim çoxdu, sualım gedib.
Şuri
şərin dövrünə düşdü bu ömrüm tamam,
Başı
bəlalım gəlib, başı havalım gedib.
Sər
deyiləm sərkərəm, zər deyiləm zərgərəm,
Bir
döyüşən əsgərəm, ömrü məcalım gedib.
Şər
qalama Pünhana, salma onu böhtana,
Haqsız olan dövrana, böylə qəzalım gedib.
6
sentyabr 1996, Bakı.
Nəşrdə «divan»ı çıxır
Kimə
səs verməyə hazırlaşıram canı çıxır,
Kimə
bel bağlayıram sübh səhər cani çıxır.
Elə
ki, gördü gəlir ölkəyə yardım qatarı,
Özünü
üstə gəlir, Azərbaycanı çıxır.
Qarabağdan danışanda qaralır qanı tamam,
Qarabağ söhbəti yoxsa qaralan qanı çıxır.
Nə
bilim ermənidir ya ki, müsəlman bu kişi,
Elə
bir nitq eləyir ki, sözü moltanı çıxır.
Biri
səs verməyə gəldi, beşi yan aldı ona,
Səsini düz verə bilmir, səsi yan yanı çıxır.
Neçə
ildir ki, girib ustula bu milli vəkil,
Oxuyur «əkl-bəkil» amma ki, «şirvan»ı çıxır.
Elə
bil zalım «SS»dir, polis orqanı deyil,
Adamı
öylə döyür, xaricə orqanı çıxır.
Gecə
gördüm Babaya həşrdə divan tutulur,
Oyanıb gördüm onun nəşrdə «divan»ı çıxır.
28
iyul 1998. Bakı.
Xalis duzdu ki...
Hər
nə ki, qəlbindədir, ruyində bu biruzdu ki,
Üz
gözündən bəllidir xain ürək bumbuzdu ki.
Mən
vəkillik etməsəydim, sən vəkil olmazdın heç,
Mən
yeyən pendir çörəkdir, sən yeyən cız-bızdu ki.
Çiynimə çiyninlə vurdun tulladın tank altına
Mən
ayıldım onda ki, çiynindəki ulduzdu ki.
Fırladır yer kürəsin dik burnu üstündə ABŞ,
Sən
demə bu sakit okeandan çıxan qunduzdu ki.
Ey
həyatı qəm, kədər, ey külfəti beş-on nəfər,
Ey
özündən bixəbər başındakı toppuzdu ki.
Bülbül öldü qaz qalıb, qazdan da cır avaz qalıb,
Sonluğa bir yaz qalıb Şişə, Laçın tormuzdu ki.
Kəlmə-kəlmə hey yedirdirsən mənə əşarını,
Doymaq olmur amma, Pünhan, baxma xalis duzdu ki.
10
noyabr 1999. Bakı.